Baş infeksionistdən teleaparıcıya cavab: "Nərgiz xanım bu oyuna..."

20-04-2020, 18:42           
Baş infeksionistdən teleaparıcıya cavab: "Nərgiz xanım bu oyuna..."
Məşhur teleaparıcı Nərgiz Cəlilova maraqlı və təccüblü açıqlama ilə çıxış edib.
Teleaparıcı koronavirusun bir oyun olduğunu iddia edib.
O, bunu Əməkdar artist Bəhram Bağırzadənin “Instagram” hesabında açdığı canlı yayımın qonağı olarkən dilə gətirib:
“Bu bəla bütün dünyanın başından rədd olub getsin! Yaşadığımız bu hadisələrlə bağlı ağlımda bəzi müəmmalar var. Bu, mənim iddiamdır ki, koronavirus bir oyundur.
Karantin bitəndən, həyat öz axarına düşəndən sonra bunun fəsadı nə olacaq, nəticəsi nə olacaq, biz hələ bilmirik. İstəyirəm ki, bütün bunlar bir yuxu kimi həyatımızdan keçsin. Yəqin ki, bunların nə üçün olduğunun tüstüsü çıxacaq”.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayevin Nərgiz Cəlilovaya cavabı gecikməyib:
“Bu boyda oyun oynanılarmı? Onda belə çıxır ki, dünyanın bütün ölkələri bu oyunun içindədir. Nərgiz xanım demir ki, oyundur? Ona məsləhətim oyuna getməsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru