Yerli “Pillow challenge” tənqid olundu: "Səyləriniz qırılsın…"

21-04-2020, 13:54           
Yerli “Pillow challenge” tənqid olundu: "Səyləriniz qırılsın…"
Bildiyiniz kimi dünyanın tatınmış simaları- şou nümayəndələri "Pillow challenge” iştirakçıları paltar əvəzinə balışdan istifadə edirlər.

Onlar öz fotolarını "Instagram" sosial şəbəkəsindəki səhifələrində paylaşıblar. Müxtəlif ölkələrdən olan dünya şöhrətli influenserlər, çılpaq bədəni yastıqla örtən və konstruksiyanı qayışla bərkidərək kokteyl paltarının illüziyasını yaradan bir çellenc başladıblar. Obraz tez-tez müəllifin zövqündən asılı olaraq, kabluklu tuflilər, yaxud da idman ayaqqabıları ilə tamamlanır.

Adalet.az xəbər verir "Pillow challenge” adlanan trend azərbaycanlı məşhurlardan da yan keçməyib. Aktrisa Pərvin Abıyeva, müğənnilər Dilarə Kazımova, Sevinc Ağaşirinova, Türkan Heydərova
aparıcı Çinarə Əliyeva, sosial şəbəkədə Gia Mendez kimi qeydiyatdan keçən fitnes-trener və fitnes model, ekstrasens Bayram Nurlu da yastıqla görüntülərini paylaşıb.
Yerli "Pillow challenge” sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və "hərəkatcılar” təhqir edilib. Qeyd edək ki, belə paylaşımlar şou nümayəndələrinin də, ziyalıların da tənqidinə tuş gəlib.

Yazıçı Xeyrəddin Qoca öz etirazını bu sözlərlə dilə gətirib:

"Təzə hoqqa çıxarıblar: Qadın müğənnilər ekranda qarınlarına yastıq bağlayırlar! Mən sosial mediada bunu yazdım, saysız-hesabsız rəy göndərib belələrinə söyüş yağdırdılar! Sonra da gördüm sosial mediada gənc qızlar üzr istəyirəm, lüt soyunub, qarınlarına yastıq bağlayaraq şəkillərini yayıblar! Yastıq isə bədənlərinin bəzi yerlərini bağlamadığından insanlarda seksual hisslər yaradır! Bu da televiziyalardan öyrəndikləri dərs! Adam dəli olur, bu əndrabadi gəncləri haradan tapırlar? Nə sənətləri var, nə adam kimi danışıqları, nə də davranışları! Elə bil, dünyanın axırıdır!”

Müğənni Nura Suri də son günlər başlayan yastıq trendini ələ salıb.O, bu barədə sosial media hesabında yazıb: "Deyirlər, kimin lüt bədənə yastıqla şəkili yoxdu xəstəlik tutacaq. Səyləriniz qırılsın”.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.