1 milyon dollar bağışladı

25-04-2020, 10:40           
1 milyon dollar bağışladı
Hollivud ulduzu Şarliz Teron da koronavirusla mübarizə aksiyasına qoşulub.

Axşam.az xəbər verir ki, 44 yaşlı ulduz koronavirus epidemiyasından və məişət zorakılığının qurbanları üçün “The Charlize Theron Africa Outreach Project” fondundan 1 milyon dollar yardım göndərib.

Aktrisa ianənin 500 min dollarını öz vətəni Cənubi Afrika Respublikasına, yarısını isə ABŞ-dakı xeyriyyə fonduna bağışlayıb.

Qeyd edək ki, daha əvvəl Opra Uinfri, Cek Dorsi, Selena Qomez, Madonna, Ancelina Coli, Rihanna, Kayli Cenner kimi məşhurlar da koronavirusla mübarizə aksiyası üçün milyonlarla dollar pul göndərmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru