Müğənni Nazənin xəstəxanaya yerləşdirildi

25-04-2020, 17:12           
Müğənni Nazənin xəstəxanaya yerləşdirildi
Müğənni Nazənin Salayeva xəstəxanaya yerləşdirilib.

Kazus.az xəbər verir ki, bu barədə müğənni Afət Fərmanqızı sosial media hesabında məlumat verib.

Xəstəxanadan video paylaşan Afət palatada Nazəninlə söhbət edib və həmkarının bir neçə dəqiqədən sonra əməliyyata girəcəyini bildirib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı müğənni Afət Fərmanqızı ilə əlaqə yaradıb. Müğənni həmkarının keçirəcəyi əməliyyatın plastik və estetik olmadığını söyləyib:

“Son iki gündə Nazənin özünü yaxşı hiss eləmirdi. Təzyiqi yüksək olduğundan onu əməliyyat edə bilmirdilər. Hələ də təzyiqi var. Amma bu əməliyyatı nə qədər tez keçirsə, bir o qədər yaxşıdır. Çünki Nazəninin həyatı təhlükədədir. Əməliyyat 5-6 saat peşəkar cərrah tərəfindən icra ediləcək. Kifayət qədər ciddi və ağır əməliyyatdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru