"Bilib-bilmədiklərini danışdılar, sağlığında buna cürətləri çatmazdı"

27-04-2020, 10:49           
"Bilib-bilmədiklərini danışdılar, sağlığında buna cürətləri çatmazdı"
"Artıq bizi tərk etdiyin 40 gündür... Sənin haqqında "öldü" ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam. Ona görə də "tərk etdi" ifadəsini deyirəm".
Open.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova sosial şəbəkədə yazıb.
O, atası ilə fotosunu paylaşaraq bunları yazıb: "Axı sən ölməmisən, Mənim ürəyimdə yaşayırsan. Düz 40 gün öncə, 16 mart, o tarix hər zaman ürəyimdə yara olacaq. Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yola saldığımız səhər... Mənim dünyam da söndü.
Yoxluğundan istifadə edib, bilib-bilmədiklərini danışdılar. Buna çox təəccüb etmədim əslində. Çünki sənin sağlığında buna cürətləri çatmazdı. Yerin behiş olsun, atam. Mənə demişdin qızım, güclü ol, çunki mənim qızımsan. Sənə söz verdiyim kimi olacam. Ölməz əfsanəvi atam".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru