ARB-nin aparıcısı efirdə məmurlara səsləndi – “Haramınız olsun!
8-05-2020, 11:59
ARB telekanalının efirində maraqlı anlar yaşanıb.
Yenisabah.az xəbər verir ki, aparıcı Şəhla Vəliyeva "Nə baş verir?" proqramının efirində hisslərini cilovlaya bilməyib: "Jurnalist öz emosiyalarını işinə yansıtmamalıdır, bu jurnalistikanın prinsipidir. Və mən hazırda bu prinsipi pozuram. Çünki son günlər təqdim etdiyimiz icra başçılarının özbaşınalığı prinsipləri də pozmağa vadar edir. Ətrafımda kifayət qədər bu yardıma ehtiyacı olan şəxslər var və bilirəm ki, o şəxslər necə səbrsizliklə ərzaq yolu gözləyirlər. Mən bu platformadan o şəxslərə, harınlamış məmurlara demək istəyirəm ki, haramınız olsun. Çünki belə bir dövrdə o şəxslərin bir tikə çörəyinə göz dikirsiniz. Allah gözünüzü doyursun. Əgər doymasa belə gec-tez həbsdə gözünüz doyacaq".
Qeyd edək ki, sözügedən aparıcının ötən gün efirdə görünməməsi söz-söhbətsiz sovuşmayıb. Şəhla Vəliyevanın məlum çıxışından sonra efirdən uzaqlaşdırıldığına dair fikirlər səsləndirilib.
ARB TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Aynur Nəsirova saytımıza açıqlamasında bu iddiaları təkzib edib. Baş redaktor aparıcının öz fəaliyyətini davam etdirdiyini bildirib.
Səs-küyə səbəb olan həmin görüntüləri təqdim edirik: