AZTV bu görüntülərə görə cəzalandırıldı - Video

10-05-2020, 14:12           
AZTV bu görüntülərə görə cəzalandırıldı - Video
AZTV Nazirlər Kabinetinin Operativ Qərargahının xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozub.

News24.az xəbər verir ki, kollektiv bir neçə gün öncə, təxminn 6 may tarixində karantin dövründə müvəqqəti fəaliyyəti dayandırılan Musiqili Teatrın binasını açdıraraq, 80 nəfərdən ibarət çəkiliş ediblər. Çəkiliş zamanı xüsusi karantin rejiminin qaydalarına əsasən ara məsafəsi saxlanılmayıb və üz maskalarından istifadə edilməyib. Çəkilişdə Simfonik Orkestr və Xor kollektivi, o cümlədən bir neçə ifaçılar da iştirak edib. Həmçinin kanalın aparıcısı Kamran Ağabalayev də çəkilişdə olub.

Məsələ ilə bağlı Azərbaycan Televiziyasının Musiqi kollektivinin rəhbəri, əməkdar artist Zaur Əmiraslanov çəkilişin karantin qaydalarının tətbiq edilməsindən öncə baş tutduğunu bildirib. Lakin xatırladaq ki, xalq artisti Faiq Ağayev təxminən 5 gün öncə sahib olduğu yeni saç tərzi ilə sözügedən proqramda çıxış edib. Həmçinin xalq artisti Tünzalə Ağayevanın da yeni imici də məhz karantin zamanına təsadüf edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru