"O heç zaman, adi gündə elə geyimdə küçəyə çıxmaz"

11-05-2020, 09:58           
"O heç zaman, adi gündə elə geyimdə küçəyə çıxmaz"
“Karantində çəkim artdı. Kimləsə danışmağa, ünsiyyət qurmağa da həvəsim olmadı. Kökəldiyim üçün depressiyadayam. Özümdə deyiləm”.
Bu sözləri müğənni Xatirə İslam “Xəzər TV”də yayımlanan “X Maqazin” proqramında deyib.
Son günlər saysız-hesabsız müzakirələrə səbəb olan Röyanın qalmaqallı və açıq-saçıq fotosessiyasını sənətçi belə şərh edib:
“Peşəkar adamlar gözləyir. Hamı yatanda, onlar oyanırlar. Maraqlı oldu fotosessiya. Röyanın yeni imicini, fotosessiyasını çox bəyədim. Anarın əl işinə də söz ola bilməz. Anarı çox sevirəm. Röyanın işləri hər zaman fərqli olur. O heç zaman, adi gündə elə geyimdə küçəyə çıxmaz. Bu, onun səhnə imicidir, obrazıdır. Röyaya belə geyim çox yaraşır.
Özüm də Röyanın çəkildiyi bu fotosessiyasından edərəm”. / Oxu.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.