Rasim Balayev DTX-nın son əməliyyatından danışdı: “Bunlar canavardır, nədir?..”

12-05-2020, 20:29           
Rasim Balayev DTX-nın son əməliyyatından danışdı: “Bunlar canavardır, nədir?..”
Mədəniyyət Nazirliyində baş verənlərə cavabdeh Əbülfəs Qarayevdir”.

Teref.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev DTX-ın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat videosundan danışarkən deyib.

Onun sözlərinə görə, Əbülfəs Qarayevin bu vəzifədə qalıb-qalmamasına özü və bir də dövlət qərar verməlidir:

“Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirlikdə baş verənlərdən xəbəri varsa, bir ayıb, yoxdursa, bu da ikinci ayıb. Bu bir ailədir. Onun hər şeydən xəbəri olmalıdır. Nazirlikdə bilavasitə baş verənlərə cavabdeh oranın böyüyüdür. Bunlar canavardır, vəhşidir, nədir bilmirəm, qoyublar vəzifəyə. Amma mədəniyyət haqqında fikirləşən yoxdur. Ancaq pul, pul, vəssalam. Kinoya ayrılan pulu da yeyiblər. Bundan sonra işləyib-işləməməsini özü bilər və bir də dövlət”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru