"Nazir müavini deyiləm" - Müğənni ilə videosu yayılan şəxsdən AÇIQLAMA

13-05-2020, 00:07           
"Nazir müavini deyiləm" - Müğənni ilə videosu yayılan şəxsdən AÇIQLAMA
Müğənni Nüşabə Musayeva rəqsi ilə gündəmi zəbt edib.

İddialara görə, müğənni ilə rəqs edən şəxs mədəniyyət naziri Əbülfəz Qarayevin həbs edilən müavini Rafiq Bayramovdur.

Teref.az-ın xəbərinə görə, müğənniylə rəqs edən şəxs rəqqas Etibar Quliyevdir.

Məsələylə bağlı danışan rəqqas videoya görə sarsıntı keçirdiyini deyib: "Bu hadisə ilə bağlı evimizdə problem yaranıb. Övladlarım nişanlıdır, bu dəqiqə onların gözünün yaşı qurumur. Bu kim tərəfindən edilib, bilmirəm. Bütün əsəblərim pozulub, dünəndən bəri təzyiqim qalxıb.

O deyib ki, nazir müavini kimi təqdim edilməsindən çox narahatdır: "Mən sıradan bir rəqs müəllimi və ailə başçısıyam, nazir müavini deyiləm, həbs edilməmişəm. 42 yaşım var, indiyə kimi siyasətlə heç bir əlaqəm olmayıb".Azxeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru