Emin Ağalarov həyat yoldaşından ayrıldı

14-05-2020, 00:00           
Emin Ağalarov həyat yoldaşından ayrıldı
Xalq artisti Emin Ağalarov xanımı Alyona Qavrilovadan ayrılıb.

Unikal.org xəbər verir ki, o, bu barədə şəxsi "Instagram" hesabında məlumat verib.

“Bu, həyatımızda, həqiqətən xoşbəxt bir gün idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”, - deyə E.Ağalarov bildirib.

Qeyd edək ki, o, Alyona Qavrilova ilə 2018-ci il iyul ayında ailə qurmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru