Məşhur müğənni ilə atası arasında 57 milyonluq dava

7-09-2020, 00:00           
Məşhur müğənni ilə atası arasında 57 milyonluq dava
Amerikalı müğənni Britni Spirs 57,4 milyon dollarlıq sərvətini atasının idarə etməsini istəmir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna görə də sənətçi məhkəməyə müraciət edib. Atası isə işi əlindən verməməyə çalışır

Britni yaşadığı psixoloji problemlərə görə 12 ildir var-dövlətinə əl vura bilmir. Atası Cemie Spirs qızının bütün işlərini özü idarə edir.

38 yaşlı ifaçının vəkili artıq Britnin səhhətinin yaxşılaşdığını, hər şeyi idarə etməyə qadir olduğunu bildirib. Məhkəmə davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.