“Huşunu itirmiş Lukaşenko üçün təcili yardım çağırıldı...”-VİDEO
7-09-2020, 08:53
İsrailin “9-cu kanal”ında yayımlanan məşhur “Qoruq” siyasi satirik cizgi serialının bazar günündəki 6 sentyabr tarixli son - 135-ci buraxılışı əsasən son həftələr səngiməyən etiraz aksiyalarıyla üz-üzə qalmış Belarus lideri Lukaşenkoya həsr olunub.
Moderator.az İsrail mediasına istinadla həmin buraxılışın video-yazısını təqdim edir.
Yeni buraxılışda:
1. Özündən getmiş Lukaşenko üçün təcili yardım çağırılır...
2. Lavrov və Zaxarova onu xərəkdə Putinin qarşısına gətirirlər...3. Putin və həkim yoldaşları: baş nazir Mişustin, müdafiə naziri Şoyqu Lukaşenkonu ayıldırlar. Buna Putinin donorluğu ilə Belarus liderinin qanında qəddarlığı artırmaqla nail olurlar. O, yenidən avtomatını götürüb xalqın qarşısına çıxır...
4. Putin, Pamfilova, Sobyanin, Peskov, Merkel, Makron, Lukaşenko və Tramp koronavirus və öz hakimiyyətləri haqqında mahnı oxuyurlar.
5. Kremlin mətbəxində Navalnının zəhərlənməsi ilə maraqlanan xalq üçün "ağlabatan" yeməklər hazırlayırlar...