"Yol qəzasına görə 4 il həbs verərlər?" - Tanınmış reper

8-09-2020, 21:39           
"Yol qəzasına görə 4 il həbs verərlər?" -
Tanınmış reper Uran (İbrahim İbrahimov)Tofiq Yaqublu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Pravda.az həmin paylaşımı təqdim edir:

"Yaradıcılıq idealoji və siyasi amillərdən nə qədər uzaq olsa, bir o qədər yaxşıdır ki, heç birinin təsirinə düşməsin və sərhədləri daxilində qalmasın. İnsanlıq hissi, humanizm, insan həyatı istənilən yaradıcılıqdan, fəlsəfədən, siyasətdən üstündür. Bu kontekstdə Tofiq Yaqublu ilə tanış olmasam da, onun ilk həbsindən (onun nəticəsindən) xəbərdaram. İndi isə de görüm, ay yoldaş Azərbaycan Məhkəməsi, yumuruq atmağa, ya yol qəzasına görə (ölüm-itim olmayan) adama 4 il verərlər? İndi də haqsızlığa qarşı aclıq edir, canından keçməlidir ki, eşidilsin? Ailəsinə və yaxınlarına səbr diləyirəm, bağlı qapılar üzünə açılsın".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.