Yuri Nazarov reanimasiyaya yerləşdirildi 9-09-2020, 00:30 Rusiyanın Xalq artisti Yuri Nazarov reanimasiyaya yerləşdirilib.“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, aktyor Covid-19-a yoluxub. Bu barədə Nazarovun qızı Tatyana məlumat verib:“Atam reanimasiyadadır, vəziyyəti kritik deyil. Həkimlər vəziyyəti nəzarətə götürüblər. Süni tənəffüs cihazına qoşulmayıb”.Qeyd edək ki, aktyorun 83 yaşı var. Facebook-da paylaş