APA TV-nin "Youtube" kanalı bağlandı

11-09-2020, 10:54           
APA TV-nin "Youtube" kanalı bağlandı
APA TV-nin 300 mindən çox abunəçisi olan “Youtube” kanalı bağlanıb.
Bununla bağlı “MediaPost”a açıqlama verən APA TV-nin baş redaktoru Cavid İsmayıl bildirib ki, kanalda müəllif hüquqlarına görə müvəqqəti problemlər yaranıb:
“Son illər “Youtube” müəllif hüquqları ilə bağlı qaydaları sərtləşdirib. APA TV 7 ildir fəaliyyət göstərir. Biz artıq lisenziyasız görüntülərdən istifadə etmirik. Amma əvvəlki illərdə qoyulan videolara “strike” atırlar. Şikayətlər daha çox ermənilər tərəfindən gəlir. Müharibə haqqında olan görüntülərə “strike” gəlir. APA TV-nin “Youtube” kanalının bağlandığını deyə bilmərik. Məsələ mütəxəssislərimiz tərəfindən araşdırılır. Gün ərzində dəqiq məlumat veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru