İzləyicilər Namiqi peşman etdilər: “Aygün Kazımovanın qalmaqallı bağı...”

12-09-2020, 00:00           
İzləyicilər Namiqi peşman etdilər:
Yəqin ki, unutmamısınız: Bir neçə il əvvəl Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun adının birgə hallanması şou-biznesdə müzakirə olunan mövzulara başçılıq edirdi. Hər iki məşhurum birlikdə olduqları 8 il ərzində alınan bağ evinin Namiqdə qalması bəzi mətləblərin üstünü açdı. Şərikli bağ evi və meyxanaçının xalq artistinə söz verib almadığı royal o vaxt gündəmi zəbt etmişdi.


Mediaya müsahibə verən pop-diva isə həmin vaxt Namiqə qarşı od püskürdü:

“Namiq mənə çox haqsızlıqlar edib. Özünüz bilirsiniz ki, mal-mülkə həris insan olmamışam. O gün eşitdim ki, Namiq deyib: “Aygünə royal bağışlayacam”. O mənə royal verməyəcək, royalımı qaytaracaq. Royalı, üstəlik sintezatorumu da qaytarsın. O bağın yanında bir evim və içi dolu əşyalarım da var”.

Xalq artisti Namiqin “Aygün hər şeyi şoulaşdırır” açıqlamasına da özünəməxsus cavab verdi:

“Namiq, bəlkə, mənim fikirlərimə don da geyindirmək istəyirsən? Bəlkə də ağlından nələr-nələr keçir. Namiq və səmimiyyət antonim, biri-birinə əks olan fikirlərdir. Az deyil, onunla 8 il ömür sürmüşəm. Yəqin ki, bunu da danmaz. Ümumiyyətlə, Namiqdən səmimiyyət gözləməyin.Əgər etiraf, açıq söz mövzulu verilişlər olsa, oraya Namiqi dəvət etməyin. Çünki səmimi deyil, söhbətiniz alınmayacaq”.

Aygün xanım əvvəlcə bu mövzunu aralarında həll etmək istədiyini bildirib: “Ona yazırdım ki, hallalıq olsun. Axı biz bunları bərabər, alın tərimizlə qazanmışıq. Bunların hamısını götürmək düzgün deyil. Onun etdiklərinə bundan artıq şərh vermək istəmirəm” deyərək uzun müddət Namiqlə nəinki küsülü qaldı, hətta o olan yerə ayaq basmadı.

Adalet.az xəbər verir ki, ötən gün meyxanaçı Namiq Qaraçuxurlu bağ evinin fotosunu yayımlayıb. Sənətçi fotoya "Elə bil bir az uzaqlaşmışam. Yoxa lənət" şərhini yazandan sonra ara qarışıb. İzləyicilər həmin bağın bir neçə il əvvəl Namiqin Aygündən zorla aldığı və cütlük arasında böyük qalmaqala səbəb olan bağ evi olduğunu iddia etdilər.

Qeyd edək ki, Meyxanaçı ilə diva 8 il nigahsız olaraq ər-arvad münasibətində olublar.

Əntiqə Rəşid














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.