Aygünü, Röyanı, Faiqi “Nömrə 1” saymadı: “Çox aşağıdadırlar”

14-09-2020, 12:21           
Aygünü, Röyanı, Faiqi “Nömrə 1” saymadı:
Müğənni Elçin Cəfərov şou-biznesdə qalmaqala səbəb olacaq açıqlama verib.
Lent.az -ın canlı yayımında qonaq olan ifaçı şou aləmində heç bir həmkarını “Nömrə 1” saymadığını deyib:
“Şou-biznesdə birincilik işlə olur. Çox işləsən, yaxşı mahnıların çıxsa, yaxşı çalışsan, o pillədə olacaqsan. Mən hazırkı vəziyyətdə birinci olan müğənni görmürəm. İndi 1-ci olan yoxdur. Azərbaycana görə birinci var, amma çox aşağıdadır. Bu qadın və kişi müğənnilərinə də aiddir. İrəlidə olanlar var, onları hamı bilir. Tamaşaçılarda da pis xüsusiyyət odur ki, müğənni ilə tam maraqlanmırlar. Bivec kimi davranırlar. Məsələn, şəhərdə sorğu keçirirsən, uzun illər mahnı çıxarmayan Aygün Kazımovanın və Röya Ayxanın adını çəkir. Tamaşaçı maraqlanmır ki, təzə nə mahnılar çıxıb”.
Xatırladaq ki, illərdir şou-biznesdə “Nömrə 1” mövzusu uğurunda mübarizədə qadınlar arasında xalq artistləri Aygün Kazımova, Röya Ayxan, kişilərdən isə Faiq Ağayevin adı hallanır.
Qeyd edək ki, E.Cəfərovun sözügedən mövzu ilə bağlı açıqlamasına aşağıdakı videonun 32-ci dəqiqəsindən sonra baxa bilərsiniz.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru