Seyid Talehdən qalmaqallı görüntülərlə bağlı - AÇIQLAMA

17-09-2020, 16:06           
Seyid Talehdən qalmaqallı görüntülərlə bağlı - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə Alim Qasımov və Seyid Taleh Abbasovun (Boradigahi) 2018-ci ildə çəkilən “Hədəfim Hüseyndir” adlı klipi ilə bağlı qalmaqallı görüntülər yayılıb.
“MediaPost” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri klipin 8-ci saniyəsində divarda asılan xəritədə Azərbaycanın cənub rayonlarının bəzisinin İran ərazisi kimi təqdim olunduğunu yazıblar.
Məsələ ilə əlaqədar “MediaPost”a danışan Seyid Taleh studiyanın başqa birinə aid olduğunu deyib:
“Həmin studiya pianoçu Samir Şirinovun studiyasıdır. Hörmətli Alim müəllimlə orada qonaq olmuşuq və ilahiyyə oxumuşuq. Düzünü desəm, həmin xəritəyə fikir verməmişdim. Son 2 gündür xəritənin fotosu paylaşılandan sonra görümüşəm.Yaxşı olardı ki, bunu Samir bəylə dəqiqləşdirsinlər”.
Qeyd edək ki, "MediaPost" S.Şirinovla əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru