Xalq artistinin xanımı koronavirusa yoluxdu - FOTO

18-09-2020, 00:08           
Xalq artistinin xanımı koronavirusa yoluxdu - FOTO
Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, dünya şöhrətli opera müğənnisi Anna Netrebko koronavirusa yoluxub.

Teref.az yazır ki, bu barədə o özü məlumat verib.
Daha əvvəl Covid-19 testi neqativ çıxsa da, özünü təcrid edən Netrebko xəstəxanaya yerləşdirilib.

“Mən artıq 5 gündür kovid pnevmoniyası diaqnozu ilə xəstəxanadayam və tezliklə sağalacam. Xəstəxanaya vaxtında gəlmişəm və mənə kömək göstərilir. Hər şey yaxşı olacaq!”, - deyə müğənni yazıb.

Onun sözlərinə görə, həyat yoldaşı Yusif Eyvazovun antikorları var:

“Necə olubsa, o bu xəstəliyi keçirib və hazırda ətrafdakılar üçün tamamilə təhlükəsizdir”.

Anna Netrebko koronavirusun heç də təsvir edildiyi kimi dəhşətli olmadığını da bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru