"Müflis olmağım barədə yayılan xəbərlər doğrudur - Maddi vəziyyətim çox pisdir"

18-09-2020, 18:30           
"Müflis olmağım barədə yayılan xəbərlər doğrudur -
Meyxanaçı Samirə haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Sənətçi “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı maddi vəziyyətinin yaxşı olmadığını deyib.
“Müflis olmağım barədə yayılan xəbərlər doğrudur. Maddi vəziyyətim çox pisdir. El şənliklərinin keçirilməməsi mənim və bir çox həmkarlarımın maddi durumumuna mənfi təsir göstərib. Heç kəsə sirr deyil ki, mənim çörək pulum şənliklərdən çıxırdı. Mən 5000-10000 manata toya getmirdim. 100-200 manata toylarda, nişan mərasimlərində iştirak edirdim. Hazırda heç bir gəlir yerim yoxdur”.
İfaçı bu zaman ərzində borca düşdüyünü də bildirib.

“Bu zaman ərzində qazancım olmadığı üçün müəyyən borclarım da yaranıb. Heç bilmirəm, sabah vəziyyətim necə olacaq”,- deyə, o, fikrini tamamlayıb.
Qeyd edək ki, Samirə müsahibələrinin birində karantin səbəbi ilə toy, nişan və əyləncə məclislərində iştirak edə bilmədiyini və müflis olduğunu açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.