Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO

19-09-2020, 00:06           
Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO
“Akvamen” filmində əsas rolun ifaçısı, məşhur amerikalı aktyor Ceyson Mamoa səhrada köməksiz vəziyyətdə qalıb.

REN TV xəbər verir ki, növbəti filmin çəkilişinə gedən aktyorun avtomobili yolda xarab olub.

Səhralıq ərazidə susuz və qidasız qalan aktyor internet vasitəsi ilə pərəstişkarlarına müraciət edib.

“Çoxlu su göndərin. Bura çox istidir”, - deyə aktyor canlı bağlantı zamanı söyləyib.

Pərəstişkarları dərhal aktyorun müraciətinə reaksiya veriblər.

Aktyor onlardan birinin avtomobilində çəkiliş meydançasına yollanıb.

Qeyd edək ki, 41 yaşlı aktyor 2020-ci ilin dekabr ayında ekranlara çıxacaq “Düna” filminin çəkilişlərində iştirak edir.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru