Aysel artıq rəsmən boşandı..

25-09-2020, 04:13           
Aysel artıq rəsmən boşandı..
Tanınmış bloger Aysel Şükürova bu gün ikinci həyat yoldaşı Oqtay Əhmədovdan rəsmən ayrılıb.

Pravda.az xəbər verir ki, bu haqda sosial şəbəkədə Oqtay Əhmədovun özü məlumat verib: "Bu gündən etibarən artıq boşanmağımız təsdiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Nə xəyanət olmuşdu, nə də başqa bir şey. Şər-böhtan atıldı, keçdim. Haqqımda sosial şəbəkədə paylaşım olsa, ayrılmağımızın səbəbini açıqlayacam. Ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı və günahım olmaya-olmaya razı oldum. Tək istədiyim ailəmi geri qaytarmaq idi. Bunun üçün çox cəhd etdim, təəssüf ki, o razılaşmadı. Mən sevgimi və ailəmə verdiyim dəyəri beş il əvvəl və evlilik dövründə də sübut etmişəm. Ona görə də günlərdir ki, susuram. Və əsl səbəbini açıqlamıram. Tək istəyim mənə şər-böhtan atılmasın".

Qeyd edək ki, Aysel Şükürova ilə Oqtay Əhmədov 400 minlik toyları ilə gündəmdə idilər. Cütlüyün əkiz övladları var. Aysel Şükürova həyat yoldaşının ona xəyanət etdiyini iddia etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru