“Sevincimdən ölürəm” - Zeynəb Xanlarova

30-09-2020, 22:54           
“Sevincimdən ölürəm” -
“Xalqımızda canlanma var. Üzlərdə sevinc var. Belə bir addımı çoxdan gözləyirdilər. Hamımız bir-birimizə dəstək olmalıyıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Əsas Məsələ” verilişində Xalq artisti Zeynəb Xanlarova deyib.

O, Amerikaya köçməsi haqqında yayılan şayiələrə də münasibət bildirib: “Deyirlər ki, Zeynəb Xanlarova Amerikada yaşayır. Mənə vaxtilə Türkiyənin prezidenti Cövdət Sunay demişdi ki, gəl burada qal. Sovet dövrü idi, hələ onda mən dedim ki, yox. Türkiyəni Vətənim hesab edirəm. Elə bilirəm ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanın arxasında bir dağ kimi dayanıb. İndi hərdən eşidəndə ki, Zeynəb Amerikada yaşayır, pis oluram. Zeynəb “Qarabağ” mahnısını 50 il əvvəl oxuyub. “Torpağım”, “Vətənim” mahnısını oxuyan Zeynəb... Hazırda mən sevincimdən ölürəm, o enerjini xalqdan alıram. Mən toprağımla, prezidentim İlham Əliyevlə, Mehriban Əliyeva ilə fəxr edirəm. Allah onları bizim ölkənin üzərindən əskik etməsin. Onlar olmasa Azərbaycan dağılar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru