Gürcüstanda seçki:müxalif blokun seçki siyahısına məşhur müğənni başçılıq edir 2-10-2020, 00:24 Gürcüstanın müxalif “Güc birlikdədir” bloku seçki siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.Teref.az “Report”a istinadla xəbər verir ki, siyahıda birinci yeri tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidze tutub.Siyahıda ikinci yerdə isə blokda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadzedir.Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək/Report. Facebook-da paylaş