Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib DÜNYA XƏBƏRLƏRİ

15-10-2020, 06:29           
Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib DÜNYA XƏBƏRLƏRİ
Sasseks hersoginyasl Meqan Markl sosial şəbəkələri tənqid edib və sosial şəbəkələrdə çox vaxt keçirən insanları narkotik aludəçiləri ilə müqayisə edib.

Trend-in "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bunu M.Markl gələcək nəslin ən nüfuzlu qadınlarının virtual sammitində deyib.

Onun sözlərinə görə, insanların çoxu sosial şəbəkələrin onlara verdiyi zərəri dərk etmir. O, uzun müddət sosial şəbəkələrdən istifadə etmədiyini və şəxsi hesablarını sildiyini diqqətə çatdırıb:

"Artıq öz hesabımın olmayacağına qərar verdim, sosial şəbəkələrdə nə baş verdiyini bilmirəm və mənə elə gəlir ki, bu yanaşma həyatda mənə çox kömək edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru