Jan Klod Van Damm başlatdığı kampaniya ilə sosial şəbəkəni bir-birinə qatdı

22-10-2020, 08:16           
Jan Klod Van Damm başlatdığı kampaniya ilə sosial şəbəkəni bir-birinə qatdı
Dünyanın tanınmış aktyorlarından olan Jan Klod Van Damm sosial şəbəkədə kampaniya başladaraq, sənədlərində problem olduğu üçün evtanaziya təhlükəsi ilə üzləşən üç aylıq Çihuahua itini ölümdən xilas edib.

Bu barədə “Mir 24” xəbər yayıb.

Məlumata görə, “Ray” adlı it Bolqarıstandan Norveçə yeni sahibləri üçün göndərilib. Lakin pasportu saxta olduğundan it qeydiyyata alınmayıb. Bolqarıstan isə Avropa İttifaqının heyvanların daşınması qaydalarına istinad edərək Çihuahuanı geri qəbul etməyib. Nəticədə, ev heyvanı evtanaziya təhlükəsi ilə üzləşib.

Hollivud aktyoru bunun qarşısının alınması üçün genişmiqyaslı kampaniyaya başlayıb.

“Bəli, onlar səhv ediblər, sənədlər düzgün qeyiyyatdan keçirməyiblər. Ancaq bu kiçik bir iti öldürmək üçün səbəb deyil”, - deyə o, bildirib.

Nəticədə, Bolqarıstan köpəyi qəbul etməyə razı olub. Tibbi müayinədən sonra Ray yeni sahiblərinə veriləcək.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru