“Elif Şafak violonçel ifa edən ermənini paylaşıb, bu mahnını Qarabağda oxuyacam” – Sinan Akçıl

23-10-2020, 21:51           
“Elif Şafak violonçel ifa edən ermənini paylaşıb, bu mahnını Qarabağda oxuyacam” – Sinan Akçıl
“Elif Şafak violonçel ifa edən ermənini paylaşıb, mən də bu mahnını Qarabağda oxuyacam”.



Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycana dəstək olmaq üçün yeni klip çəkdirən türkiyəli müğənni Sinan Akçıl deyib.



Türkiyənin məşhur müğənnisi Sinan Akçıl Azərbaycana dəstəyini növbəti dəfə nümayiş etdirib.



Sənətçi müəllifi özü olan “Daim yaşa, Azərbaycan” mahnısına çəkdirdiyi klipinin premyerasını edib.



O, mahnını Səidə Quliyeva adlı azərbaycanlı xanımla duet şəklində ifa edib



S.Akçıl “Bu mahnı cəbhədəki Azərbaycan əsgərlərinə həsr olunur. “Qarabağ Azərbaycandır!” deyən hər kəsi mahnını dinləməyə dəvət edirəm”- deyə şərh verərək klipdən bir hissəni sosial şəbəkə hesabında paylaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru