İki əfsanə yenidən bir arada - İDDİA

30-10-2020, 02:22           
İki əfsanə yenidən bir arada - İDDİA
Əfsanəvi serial "Kurtlar Vadisi"nin iki qəhrəmanı Polat Alemdar və Süleyman Çakırı canlandıran Necati Şaşmaz və Oktay Kaynarcanın "Eşkıya Dünyaya Hökmdar Olmaz" serialında yenidən bir araya gələcəyi iddia edilr.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Belə ki, "Kurtlar Vadisi"ndə Polat Alemdar rolunda rol alan Necati Şaşmazın "Eşkıya Dünyaya Hökmdar Olmaz" serialına çəkiləcəyi iddiası yayılıb.

İddiaya görə, N.Şaşmaz P.Alemdar obrazı ilə seriala qatılacaq və bir müddət serialda qalacaq.

O, gizli dövlət xadimi olaraq Hızır Çakırbeyli və ailəsi ilə birlikdə masaya oturacaq.

Məsələ ilə əlaqədar isə serialın istehsalçı şirkətindən rəsmi açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru