“Kişi çoxarvadlı ola bilər” - xanım əməkdar artist
7-04-2015, 13:13
Əməkdar artist Zöhrə Abdullayeva qadın-kişi münasibətindən danışıb. Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinə qonaq olan müğənni xanıçlara məsləhət verib: “Kişi imkanı dairəsində çoxarvadlı ola bilər. Onsuz da hamımız bilirik ki, kişilər kənarda bir neçə sevgi yaşayır. Onların qəlbinin hər küncündə bir xanım dayanır. Amma aralarında biri olur ki, ona xüsusi önəm verirlər. Əgər kişinin bir qadından qəlbi sınırsa, ona heç vaxt geri dönmür. Güclü cinsin nümayəndələrini qınamıram. Onlar gözəllik aşiqidirlər. Ər gəzirsə, qadın dözməlidir. Mükafatı mütləq gözəl olacaq".