"...Tanrı özü layiqli cavabını verir" - Elza Seyidcahan İlhamə Quliyeva qalmaqalı haqda
2-02-2016, 14:22
Hazırda həbsxanada olan köməkçisi Mehriban Bəylərqızının xalq artisti İlhamə Quliyeva haqqında yaydığı məktubda əməkdar artist Elza Seyidcahanla bağlı da bir sıra məqamlar yer alıb.
Axşam.az-ın məlumatına görə, yazıda “Pulunun tükənəcəyini görən İlhamə Quliyeva bu dəfə Elza Seyidcahana üz tutdu və onu şantaj edərək pul qazanmaq qərarına gəldi. İlhamə efirə yalandan öz fərziyyələri haqda həqiqət olmayan müsahibələr verdi. Elzanı məhkəməyə verib 1 milyon manat təzminat alacağını dedi. Bundan sonra ona havadarlıq edən şəxslərə zəng edib tapşırdı. Ondan ən azı 100 minə yaxın pul alacağını söylədi. İlhamə “Kimin canını almaq istəyirsənsə onun pulunu al, Elza Seyidcahanı elə edəcəm ki, Dostəliyeva yalan olacaq. Yaxşı ki, uşaq evinə üzv oldum, onları bəhanə edib o pulları alacam” sözləri qeyd olunub.
E.Seyidcahan əməkdaşımızla söhbətində məsələ ilə bağlı bunları deyib:
“Yıxılana balta vurmazlar. Mən tək Allahın böyüklüyünə, varlığına inanmışam. Ona görə də mənim kimi zərif sülh quşuna hücum etmək istəyən nankör anakondalara tanrı özü layiqli cavabını verir. Allahın məhkəməsindən böyük, ədalətli, hökmlü ünvan yoxdur. Bizim demək istədiyimizi Allah hər zaman daha ötkəm və yerində deyir”.