11 ildir dənizdə yaşayan məşhur aktrisanı görənlər tanımaqda çətinlik çəkirlər-FOTO

26-01-2021, 14:06           
11 ildir dənizdə yaşayan məşhur aktrisanı görənlər tanımaqda çətinlik çəkirlər-FOTO
1990-2000-ci illərdə Türkiyədə məşhur olan, gözəl gözləri ilə çoxlarından seçilən aktrisa Yeşim Büber 11 ildir dənizdə yaşayır.

Open.az xəbər verir ki, "Şaşıfelek Çıkmazı", "Aynalı Tahir", "Kırık Ayna", "Bıçak Sırtı", "Serseri Aşıklar" "Kaybolan Yıllar" serialı ilə tanınan 43 yaşlı aktrisa, 2006-cı ildə rejissor Mehmet Aksın’la ailə qurub.

Ailə qurduqdan sonra sənət həyatı arxa plana keçən aktrisa, Mehmet Aksın’la evləndikdən sonra onunla birlikdə dənizə aşiq olduğunu bildirib. Şəxsi qayıqları olan cütlük 11 ildir dənizdə yaşayırlar. Müxtəlif vaxtlarda sahilə çıxan tanınmış cütlük, İstanbuldan uzaqda yaşadıqları üçün mə nən sakit olduqlarını söyləyiblər.

Yeşim Büber sosial media hesabından paylaşdığı ən son fotoda qayıqda olan mətbəxindəki su kranını təmir edərkən görüntülənib.

Mətbəxin köhnəldiyini və əşyaların yenilənməsinin vacibliyini vurğulayan aktrisa: "Dənizdə yaşamaq çətindir. Amma şəraitimiz yaxşıdır. Sobamız yanır, isti suyumuz var" deyib.




















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.