Pornoaktrisalığı seçən “Disney” ulduzu ərə gedir -FOTO

23-03-2021, 08:16           
Pornoaktrisalığı seçən “Disney” ulduzu ərə gedir -FOTO
Keçmiş “Disney” ulduzu və pornorejissor Bella Torn italyan müğənni Benjamin Maskolo ilə evlənəcək.

Artist bu barədə özünün “Instagram” hesabından bildirib.

O, “hekayə” bölümündə bəy tərəfindən bağışlanan nişan üzüyünü nümayiş edib.

23 yaşlı Torn və 27 yaşlı Maskolo iki ilə yaxındır ki, münasibətdədirlər. Müğənni toyun qısa müddətdə olacağını, mərasimin isə İtaliya və ABŞ-da qeyd olunacağını açıqlayıb.

Maskolo isə “Instagram” hesabında nişanın təşəbbüskarının özü olduğunu vurğulayıb.

Qeyd edək ki, 2019-cu ildə Bella Torn “USA Today” tərəfindən ən qalmaqallı amerikalı məşhurlardan biri seçilib. Elə həmin ilin yayında o, “Her & Him” adlı qısametrajlı pornoqrafik filmlə rejissorluqda debüt edib.

Bella Torn “Disney”in “Shake It Up” serialı ilə məşhurlaşıb.oxu















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru