Bukmeykerlər "Eurovision"da onu qalib görürlər

23-03-2021, 20:11           
Bukmeykerlər "Eurovision"da onu qalib görürlər
Bukmeykerlər "Eurovision 2021" mahnı müsabiqəsinə təqdim edilən mahnı və kliplər arasında analiz aparıblar. Onlar bu il yarışmada birinci olma şansının yüksək olduğu ifaçını açıqlayıblar.

Axşam.az xəbər verir ki, bu haqda xəbər "Eurovisionworld" saytında yayımlanıb. Ekspertlər bildirilib ki, müsabiqədə birinci yerdə Malta təmsilçisi Destina Çukuneranı görürlər. O, gecədə "Je Me Casse" mahnısını oxuyacaq. Proqnozlara görə yarışmada ikinci və üçüncü yeri İsveçrə ilə Fransa tutacaq.

Bu il İsveçi "Eurovision"da "Gjon’s Tears" ləqəbi ilə tanınan müğənni Con Muharremay, Fransanı isə Barbara Pravi təmsil edəcək. Rusiyalı ifaçı Manijin isə 13-cü yerdə qərarlaşacağı bildirilib.

Gürcüstan təmsilçisi Tornik Kipianın "Eurovision"dakı iştirakı ləğv edilib. Buna səbəb onun "Facebook" paylaşımı olub. Belə ki, o, müsabiqə üçün hazırladığı mahnını tənqid edənləri təhqir edib.

Qeyd edək ki, "Eurovision 2021" mayın 18-dən 22-nə kimi Rotterdamda keçiriləcək. Azərbaycanı yarışmada Samirə Efendi təmsil edəcək. O, gecədə "Mata Hari" mahnısını səsləndirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.