Fransada ailə öz mənzilindən iki milyon avroluq rəsm əsəri tapıb

26-03-2021, 07:51           
Fransada ailə öz mənzilindən iki milyon avroluq rəsm əsəri tapıb
Fransanın Marna departamentində yaşayan ailə özlərinə məxsus, lakin bir əsrdən çoxdur ki, yaşayışın olmadığı mənzildə XVIII əsr rəssamı Jan-Onore Fraqonarın “Filosof qiraət edir” əsərini aşkar edib.

Bu barədə “Europe 1” radiosu məlumat yayıb.
Məlumata görə, rəsm mənzildə inventarlaşdırma işləri aparılan zaman üzə çıxarılıb.

Əsərin orijinallığı artıq təsdiq olunub. Onun dəyərinin iki milyon avro civarında olduğu qeyd edilir.

Tablonun iyun ayında hərraca çıxarılması planlaşdırılır.
oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru