Beyonsun 1 milyonluq əşyaları oğurlandı

27-03-2021, 14:35           
Beyonsun 1 milyonluq əşyaları oğurlandı
Amerikalı məşhur müğənni Beyonsun bir milyon dollar dəyərində əşyaları oğurlanıb. Azvision.az xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər müğənninin əmlakının saxlanıldığı Los-Ancelesdəki anbardan bir milyon dollarlıq oğurluq ediblər. Məlumata görə, bu, oğruların ay ərzində anbara ikinci gəlişidir. Onlar Beyonsun bahalı əl çantalarını, geyimlərini və müğənninin stilistlərindən birinə məxsus əşyaları götürüblər.

Los-Anceles polisi oğurluq faktını araşdırır, hələlik saxlanılan yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru