Emin Ağalarov şirkətini 25 milyon dollara satdı

29-03-2021, 14:38           
Emin Ağalarov şirkətini 25 milyon dollara satdı
Xalq artisti Emin Ağalarovla müğənni Bəxtiyar Əliyev (Bahh Tee) təsis etdikləri “Zhara Music” leyblını satıb.

Sözügedən musiqi şirkətini “Warner Music Group” satın alıb. Bundan sonra səsyazma etiketi Amerikanın “Atlantic Records” şirkətinin Rusiya şöbəsi kimi fəaliyyət göstərəcək.

Rusiyanın MUZ TV kanalı bu razılaşmanı ölkənin musiqi sənayesi tarixindəki ən iri müqavilələrdən biri olaraq dəyərləndirib. “People Talk” teleqram kanalına görə, “Zhara Music” 25 milyon dollara satılıb.

Xatırladaq ki, “Zhara Music” 2018-ci ildə yaradılıb. Etiketdə Emin Ağalarov, HammAli və Navai, Rauf və Faik, Jony və bir çox populyar sənətçilər yer alıb. //Qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru