Samirənin Rotterdamda oxuyacağı gün bəlli oldu

30-03-2021, 22:48           
Samirənin Rotterdamda oxuyacağı gün bəlli oldu
Ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş "Avroviziya - 2020" mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı

Mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək "Avroviziya - 2021" mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək ölkələrin siyahısı və ardıcıllığı bəlli olub.

Sputnik Azərbaycan müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin təmsilçisi Samirə Efendi mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək. Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.

Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş "Avroviziya - 2020" mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru