“Pərviz məclisə gələndə quyruq bulayır” - QALMAQAL

14-04-2021, 10:06           
“Pərviz məclisə gələndə quyruq bulayır” - QALMAQAL
Meyxanaçı Vüqar Əbdülov həmkarı Pərviz Bülbüləni sərt tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, “Səhər-Səhər” proqramında Pərvizin ciddi meyxana ilə məşğul olmadığını, onu iştirak etdiyi məclislərdə görmədiyini bildirib:

“Meyxana ciddi bir sənətdir. Amma bəziləri janr olaraq şit təqdim etdilər. Bir nəfəri ortaya salıb başında fırlanırlar. Buradan Pərvizə səslənirəm. Ayıb olsun! Meyxanada belə şeylər etmək lazım deyil. Meyxananı yüksək arenaya çıxarmaq əvəzinə uşaqlara vermişik ki, xırdala! Ustadlara qulaq asmaq lazımdır!

Bir neçə dəfə Pərvizə demişəm. Tək o deyil. Ona qoşulan bir-iki nəfər də var. Onlar başqa cür deyirlər. Söyləyirlər ki, bu, mənim layihəmdir, yutub səhifəmə qoyuram. Guya meydançası ayrıdır. O meydançada olanı da biz yaxın buraxmırıq. Neçə dəfə görmüşəm ki, axşamlar bir tədbirə dəvət edəndə deyirlər ki, Pərvizi çağırmayın. Məclisə gələndə quyruq bulayır, meydanda oynaya bilmir. Janrını, səmtini dəyişib. Biz oynayanı oynaya bilmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru