"Hamı Rəqsanənin sözündən qorxdu"

20-04-2021, 21:56           
"Hamı Rəqsanənin sözündən qorxdu"
Hamı Rəqsanənin o sözündən qorxdu. Hamı Moskvadan çəkinir, vahimələnir. Özünə güvənən xanım və bəy qorxmamalıdır. Bilirəmsə gedib hansısa ailəyə məclis idarə edəcəm, özümü necə aparacam, niyə çəkinim? İşimi aparmağa gedirəm. Getdim, gözəl xına məclisinə, hörmətlə qarşıladılar və yola saldılar.

Teref.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Birə-bir" proqramında deyib. Sənətçi müğənni Rəqsanə İsmayılovanın Rusiyada məclisə gedən ifaçılarımız haqqında dediklərinə cavab verib:

"Evdə oturaq, Allah bizə yetirəcək. Əziyyətlə, pillə-öillə bu adı qazanmışıq, qalxmışıq. Bunu qoruyub saxlamalıyıq. İndi müğənnilərimiz geri-geri gedirlər. Niyə? Nəfs... Moskvada da, Bakıda da hamını tanıyırlar. Bu, şou-biznesdə biz bir ailəyik. Burada davalar, söz-söhbətlər olur, amma elə şeylər var pərdə arxasında qalmalıdır. Sonra da qınayırıq ki, camaat sənət adamı haqda təhqir yazdı. Bir-ikisinin adı çıxanda, deyirlər hamı onun tayıdır. Ola bilər Rəqsanə kiməsə əsəbiləşdi, amma sərt cavab verib. İnanıram ki, sonradan peşman olub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru