Xalq artisti, tanınmış muğam ifaçısı Könül Xasıyeva ağır günlər yaşaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
teref.az-ın məlumatına görə, o, AzNews.az-a açıqlamasında yayılan məlumatların səhv anlaşıldığını bildirib:
“Bildirirlər ki, səhhətim ağırdır. Ağ yalandır. Mən o verilişdə belə ifadə işlətməmişəm. Demişəm ki, sınaq qarşısındayam. Açıqlamaq istəmirəm, yaxınlarımdan biri xəstə idi, o da artıq qaydasına qoyulub. Mənim və ailəmin sağlığı yerindədir”.
Qeyd edək ki, K.Xasıyeva “Star life” verilişinə qonaq olub. Həmin verilişdə o, böyük bir sınaq qarşısında olduğunu və ümidini tək Allaha bağladığını deyib. Onun bu açıqlaması isə cəmiyyətdə muğam ifaçısının səhhətində problem olması kimi yozulub.