Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. BiG.AZ xəbər verir ki, ifaçı bu barədə belə qeyd edib:
"Məni sevənlər, dəyər verdiklərm, bu aralar çəkə bilmədiyim bir dərd məni üstələdi. Elə şeylər var ki, yaza bilmirəm, amma ürəyim doludur. Çox yaxın bir itki yaşadım. Yazmaq da, demək də, çox çətindir. Artıq on gün keçib, amma ayağa durmalıyam və olanlarla barışmalıyam. Allah səbr verəndir. Tanrım heç kimə acı dərd göstərməsin. Vaxt gələr bir gün yaşadığım bu dərdləri sizlərlə bölüşərəm. Amma indi hazır deyiləm. Bunları yazdım, az da olsa, rahatlıq tapdım”.
Xatırladaq ki, az əvvəl müğənninin hamilə olduğu xəbəri yayılmışdı. Lakin R. İsmayılova bu xəbəri təkzib etmişdi. Ancaq hal-hazırda müğənninin övladını itirdiyi deyilir.