Məşhur aktyor 12 ildən sonra boşandı - FOTOLAR

28-07-2021, 12:00           
Məşhur aktyor 12 ildən sonra boşandı - FOTOLAR
Türkiyəli aktyor Memet Ali Alabora ilə həyat yoldaşı, aktrisa Pınar Öğün boşanıb.

KONKRET.az xəbər verir ki, 12 ildir ailəli olan məşhur cütlük sosial şəbəkədə ortaq açıqlama ilə evliliklərini bitirdiklərini elan ediblər.

Aktyor dost qalaraq ayrılmaq qərarı aldıqlarını deyib: “Artıq evli deyilik, amma bir-birimizi hələ də sevirik”.

Pınar Öğün isə instaqram hesabında bu fikirləri yazıb: “Çox xoşbəxt ol. Həyatın sevgi ilə dolu olsun və həyatını gözəlliklər bəzəsin, canım mənim”.

Qeyd edək ki, 2009-cu ildə Ankarada nikaha daxil olan cütlük uzun müddət idi ki, Uelsdə (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) yaşayırdılar.
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.