Rejissordan Nura Suriyə atmaca: "10 min AZN qoydunuz qarşıma..." - VİDEO

8-10-2021, 17:39           
Rejissordan Nura Suriyə atmaca:
Rejissor Nail Naiboğlu qalmaqallı açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, rejissor Nura Surinin Azərbaycanda rejissor tapa bilməməsi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirib.

Naiboğlu ölkəmizdə kifayət qədər peşəkar və öz işini bilən rejissorların olduğunu, sadəcə müğənnilərimizin simiclik edərək onlara klip çəkdirmək istəmədiyini bildirib:

"Azərbaycanda gözəl klip çəkən rejissorlarımız var. Biz heç də xaricdə çəkilən kliplərdən pis ekran işi ərsəyə gətirmirik. Nura xanım xarici rejissorlara verdiyi pulu yerli rejiossorlarımıza vermək istəmir. Müğənnilərimiz yaxşı klip çəkdirmək üçün çox pul xərcləməlidirlər.

Onlar geyimə, makiaja, məkana pul verirlər, amma rejissora gələndə pul vermək istəmirlər. Ucuz ətin şorbası olmur. Pul az veriləndə rejissor da iş görə bilmir. Nura xanım siz nə vaxt gəldiniz, 10 min AZN qoydunuz qarşıma, mən çəkdim siz bəyənmədiniz. Mənə müraciət edən ifaçılar o qədər ağlayırlar ki, az qalıram 2-3 çörək alım verim onlara".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru