Rusiyada sərnişin təyyarəsi buğda tarlasında hissələrə doğrandı VİDEO

8-02-2025, 16:38           
Rusiyada sərnişin təyyarəsi buğda tarlasında hissələrə doğrandı  VİDEO
Rusiyada "Ural Hava Yolları"na məxsus "Airbus A320" təyyarəsi Novosibirsk (Rusiya) yaxınlığındakı buğda tarlasında hissələrə doğranıb.

Bu barədə "Shot" "Telegram" kanalı xəbər yayıb.

Bildirilir ki, sökülmə işləri 2023-cü ilin sentyabrında məcburi eniş etdikdən il yarım sonra - bu gün başa çatıb. İstifadəyə yararlı olan hissələr təyinatı üzrə istifadə ediləcək, ciddi zədələnmiş hissələr isə utilizasiyaya göndəriləcək.

İlkin olaraq təyyarənin bərpası planlaşdırılırdı, lakin daşınma çətinlikləri səbəbindən bu, iqtisadi cəhətdən səmərəsiz hesab edilib.

Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də Soçidən Omska uçan təyyarə hidravlik sistemin nasazlığı ilə üzləşib və yanacaq çatışmazlığı səbəbindən tarlaya eniş edib. Təyyarədə 23 uşaq da daxil olmaqla 170 sərnişin olub, xəsarət alan olmayıb; sərnişinlər müstəqil təxliyə olunublar və sığorta şirkəti onların hər birinə 100 min rubl (təxminən 1750 manat) ödəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru