Pentaqon rəhbəri: "Çin ABŞ-nin dünyada hökmranlığını sarsıtmaq istəyir"

8-02-2025, 17:03           
Pentaqon rəhbəri: "Çin ABŞ-nin dünyada hökmranlığını sarsıtmaq istəyir"
"Çin hökmranlığa can atır və ABŞ-nin dünyadakı hökmranlığını sarsıtmaq niyyətindədir".

"RİA Novosti" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonun üzvləri ilə görüşdə deyib.

"Mən sizə deməliyəm ki, biz çox təhlükəli dövrlərdə yaşayırıq, elə güclər var ki, imkanları olsa, məmnuniyyətlə yüksələcək və Qərbin güc, imkan və inanclarını rədd edəcəklər", - Heqset bildirib.

Heqset digər məsələlərlə yanaşı qeyd edib ki, onun fikrincə, Çin kommunistləri dünyaya tamamilə fərqli baxışa can atırlar.

"Onlar bunu iqtisadi dirçəlişləri sayəsində edirlər. Buna görə də, ABŞ buna hazır olmalıdır", - Pentaqon rəhbəri yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru