Sibel Canın 11 minlik geyimi lağa qoyuldu - FOTO

22-11-2021, 19:23           
Sibel Canın 11 minlik geyimi lağa qoyuldu - FOTO
Tez-tez şəxsi həyatı ilə gündəmə gələn məşhur müğənni Sibel Can bu dəfə geyimi ilə müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, 6 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxan 51 yaşlı sənətçi artıq çəkisi ilə diqqət çəkib.

"Bottega Veneta" kolleksiyasına məxsus qırmızı rəngli geyimdən istifadə edən Sibel sosial şəbəkə istifadəçilərinin tənqidinə məruz qalıb.

Onlar ifaçının konsertdən lentə alınan şəkillərinə "Çox çəki alıb", "Həyatdakı halı bu imiş", "Görəsən hamilədir?", "Fotoşoplu şəkillər paylaşmaqla deyil ki, əsl görünüşü budur" kimi sözlər yazaraq onun libasını məsxərəyə qoyublar.

Sözügedən geyimin qiyməti 11 min 800 AZN-dir. "Bottega Veneta" kolleksiyasına aid libası Sibel Candan əvvəl model Bella Hadid geyinib.


BAKU.WS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.