Xalq artistinin xanımı Monika Belluççi ilə bir arada - FOTOlar

23-11-2021, 00:07           
Xalq artistinin xanımı Monika Belluççi ilə bir arada - FOTOlar
Rusiyanın Xalq artisti Anna Netrebko Hollivud ulduzu Monika Belluççi ilə İtaliyada bir araya gəlib.

Teref.az Axşam.az-a istinadən xəbər verir ki, Netrebko Manzoni teatrında Belluççinin "Mariya Kallas: məktublar və xatirələr" adlı solo tamaşasını izləməzdən əvvəl səhnə arxasına keçərək onunla həmsöhbət olub. Sənətçilər daha sonra obyektivlərə poz veriblər.

Fotoları instaqram hesabında paylaşan Netrebko Belluççi ilə bağlı bu sözləri yazıb:

"O, əbədi gözəllikdir. Təkcə filmlərdə deyil, reallıqda da. Belə gözəl qadınları səhnədə görmək və dinləmək çox xoşdur. Ah, Monika! O, qeyri-adi gözəlliyə malik qadındır!".

Opera müğənnisi zarafatla əlavə edib ki, növbəti dəfə mütləq daha çox makiyaj edəcək.

Qeyd edək ki, A.Netrebko Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru