"Hər şeyi dövlətdən ummaq olmaz" - Tanınmış aparıcı

2-12-2021, 18:37           
"Hər şeyi dövlətdən ummaq olmaz" -
Tanınmış aparıcı Rövşanə Ağasəfqızı ev istəyən sənət adamlarını tənqid edib.

Sfera.az bildirir ki, "hər şeyi dövlətdən ummaq olmaz”, deyən aparıcı sənətdə müstəsna xidməti olanlardan, sənət tarixinə imza atanlardan söhbət getmədiyini vurğulayıb.

"Bunu hamıya da şamil etmək olmaz. "Xalqa xidmət göstərmişəm" deyib, dövlətin boynuna minnət qoymağı yanlış hesab edirəm. Sevdiyin sənəti seçmisən, məşğul olmusan. Bu peşəyə görə az-çox məvacib almısan. Bu işə səni kimsə məcbur etməyib. Yenə deyirəm, sözüm sənəti böyük olanlara deyil. Ona qalsa, müəllim, həkim, polis, jurnalist, neftçi də xalqa xidmət göstərib; heç də az xidmət göstərməyib... Polisin gecəsi-gündüzü yoxdur, daima ayaqdadır. Xəstələnəndə car çəksin ki, dövlət bütün xərclərimi ödəsin? Kifayət qədər sənət adamına sahib çıxılıb, müalicə edilib, xaricə göndərilib. Düzdür, neçə sənət adamının acınacaqlı ölümünü də gördük: qapılarda, kimsəsiz, evsiz, eşiksiz. Bunun günahını dövlətdə görmək ədalətsiz olardı. İnsan həyatını elə qurmalıdır ki, sabah doğmaları, əzizləri ona sahib çıxsın, övladları yiyə dursun”, - deyə Ağasəfqızı əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.