Serbiya prezidenti Conni Deppə qızıl medal verdi

16-02-2022, 09:40           
Serbiya prezidenti Conni Deppə qızıl medal verdi
Serbiya Prezidenti Aleksandar Vuçiiç yerli yaradıcı mühitin inkişafındakı müstəsna xidmətlərinə görə Conni Deppə qızıl medalı təqdim edib.

Mükafatlandırma mərasimi Serbiyanın Dövlətçilik Günündə baş tutub.

1993-cü ildə aktyor serb rejissor Emir Kusturitsanın ingilis dilində çəkdiyi “Arizona xülyası” filmində rol alıb və bu ekran əsəri Berlin Film Festivalında xüsusi mükafata layiq görülüb.

Depp mükafatlandırma mərasimində rejissorla dostluq münasibətlərindən danışıb.

“İllər əvvəl mən çox qəribə bir insanla tanış oldum. Onu görəndə dərhal anladım ki, o, Hollivuda aid deyil... Kusturitsa mənim qardaşım oldu, onun ailəsi mənim oldu, övladları gözümün önündə böyüdü”, - deyə kinoulduz bildirib.

O, əlavə edib ki, bu mükafat onun üçün böyük şərəfdir və buna layiq olduğunu sübut etmək üçün əlindən gələni edəcək.

Mənbə: “RİA Novosti”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.